ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “CIZMA qara TƏNHALIQ”

1.1K

Müəllif: Səfər Hüseynli

CIZMA qara TƏNHALIQ

Gecələr hönkür hönkür ağlamağından daha pisi təsəlli edəcək birinin olmamasıdır yəqin ki ….təksənsə sevincdən göylərə uçanda sarılacaq bir boyun yoxdur…öz özünə yeeeessss deyib sakitləşirsən və güman ki axşam bir şişə içki biraz məzəylə qeyd edirsən uğurunu….təksənsə gecə gec yatıb səhər gec oyanırsan…təksənsə film ardınca filmə baxırsan…saata baxanda həmişə qızıl rəqəmlərə rast gəlirsən məsələn 22:22….təksənsə heç yerə tələsmirsən əlin çox vaxt cibində olur…bütün günü online san yazışdığın üçün yox sadəcə gözlədiyin üçün…təksənsə sənə ana nevazişi göstərən qadına ən yaxın dostum deyirsən hetta sevmək istiyirsən…təksənsə özündə bəyənmədiyin nə varsa onlara baxıb biri gəlsə də düzəltsə deyirsən…təksənsə güman ki çoxdandır hədiyyə almırsan ya da hədiyyə verənin yoxdur.sənə xatirəsi olan dəyərli bir hədiyyən də yoxdur..ad günündə oturub neçə dostunun sənə agızucu təbriklər yazdığını sayırsan…bəzən çox səliqəli geyinirsən adətən günəşli havalarda bəzən də başına bir kapşon keçirib çıxırsan çölə…səhərləri heç sevmirsən çünki görmək istədiyin heç kim yoxdur sadəcə iş ya da dərs…zəng gələndə birinci zəngdə aça billmirsən uzun uzun telefona baxıb nə deyəcəyini fikirləşib elə açırsan….sevdiyin mahnı tipi yoxdur çox vaxt dostlarından ya mahnı ya film məsləhəti alırsan….dostunun sıxıcı sevgilisi ilə olan macəralarından bezmisən…ya da onlar hər dava edəndə yanında zırıldayan dostuna təsəlli verməyə də ərinirsən….bu sözü çox işlədirsən sevgi boş şeydi əsas kariyeradır…ama kariyera filimləri yox ayrılıq filimləri səni ağladır…bəlli bir tərzin yoxdur bir gün ele bir gün belə geyinirsən çünki sənə bu yaraşır deyən yoxdu…məcbur qalıb özün dostlarından məsləhət alırsan…təksənsə yolda yeriyəndə gözün heç kimi axtarmır gedəcəyin yerlərə tələsmirsən umrunda deyil heç nə….bəhanələrin işlərindən çoxdur…təkliyin nə qədər pis olduğu əslində sənə sevgili tapım deyən dostuna MƏN BELƏ AZADAM deməyində gizlidir ….qarışanın olmamasıyla fəxr edirsən…ama o qədər çox istiyirsənki biri sənə qarışsın….gəlsin toparlasın səni….yuxu görmürsən çünki yadda saxlayacaq qədər dəyərli birşeyin olmur yuxunda…sənə dəyərli insanları görəndə beyin onu yadda saxlayır ancaq….gələcək planın yoxdur həyata dair soruşana da kariyeradaki bəlkə olacaq bəlkə kimnənsə eşidib qulağna xoş gələn uğurundan danışırsan…öznü isbat etmək istəmirsən bir küncdə qıraqdasan həmişə…qulaqcıqlar həmişə qulağındadır insanlarla ünsiyyət qurmamaq üçün….və bir nəfərlik təkliyini 10 larla qadın doldura bilmir heç vaxt….yüzlərcə təkrarlanan ssenari var bu şəhərdə bu ölkədə…tək tək gəzən tək tək yaşayan insanlar…onlar təkdirlər…ya cəmiyyət qaydalarına görə ayrılıblar…ya cəmiyyət probləmlərnə görə…ya ailələr ayırıb ya səhv insanı seviblər….ya düz insana düz insan olmayıblar…ya da sadəcə susub sevdiyinin getməyinə baxıblar….bulvar görüş yeri deyil ayrılıq yeri olub bu şəhərdə…xatirələr qalıb parklarda sevgililər yox..sevgini dostluğa satan neçə neçə sevgidən qorxanlar var…sonda isə göydən üç ümid düşür biri gözləyənin biri gəlməyənin biri dəəəəəəə getməyənin………təşəkkürlər



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı