ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Gülsatan Qadın”

854

Müəllif: Bəhruz Şıxalıyev

Gülsatan Qadın

 

Sevgi elə bir yaşam duğusudur ki,bu duyğunu yaşayan insanlar öz sevgilərini bu dünyanın bütün gözəlliklərində təcəssüm etdirmək istəyirlər…Bu gözəlliklərin içərisində güllər özünəməxsus yer tutur.Sizinlə paylaşacağım şeirim bu gülləri sevənlərin özəl günlərində sevdiklərinə hədiyyə etmək üçün satan Gülsatan Qadın,onun bu gülləri satarkən keçirdiyi hisslər və duyğuları haqqındadır.

“Gülsatan Qadın”
Bugün bir qəribə qadın görmüşəm,
Danışıb gülməyə yoxdur həvəsi.
Özüm də bilmədən fikir vermişəm,
Dayanıb əlində çiçək dəstəsi.

Gözləri qərq olub ümidsizliyə,
Ağlama,xoş günə hələ ümid var.
İlahi,bu qadın neçə sevgiyə,
Satdığı çiçəklə açıbdır yollar.

Bəlkə də yanıbdır bir eşq oduna,
Halına qeydinə qalan olmayıb.
Çiçək sata-sata məzlum qadına,
Bəlkə də bir çiçək alan olmayıb.

Bu güllər bəzəyib ətirli yazı,
Bu güllər çoxunun həmdəmi olub.
Bəlkə də aldadıb bir qızcığazı,
Bəlkə də bir qızın sevinci olub.

Kin,nifrət söndürüb qəlbimin odun,
Sevgi ögəy sözdür uzaqdır mənə.
Mən də sənin kimi təkəm,ey qadın,
Satdığın gülləri alıram sənə.



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı