ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Həyat”

680

Müəllif: Qaziyeva Aygün

Həyat

Həyat…Bəzən bir uçurumun yaxınlığında dayanan insanın son bir addım
atması ilə bitəcək qədər qısa,bəzən də xoşbəxtliyə gedən yol qədər
uzundur…Xatirələrlə dolu bir ömür hekayəsidir həyat…
Uşaq ikən…Ömrümüzün qayğısız çağlarında necə də böyük hərarətlə arzu
edərdik gənc olmağı,yaşa dolmağı…Xəbərsizdik hər yaşın ömrümüzə yeni
bir qayğı gətirməsindən.Uşaq idik…Gözlərimiz yalnız yıxılarkən
dolardı.Böyüdük…Öncə ürək sızıltılarının necə can yandırdığını
anladıq…Gözlərimizdən damla-damla süzülən yaşların səbəbi ürəyimizdə
açılan yaralara çevrildi…Sonra zaman-zaman aldığımız “arxadan
zərbələr”in insanı həyatdan necə soyutduğunu
öyrəndik.Yıxıldıq…Kimsələrə tutunmadan yaşamağı bacarmağın nə qədər
vacib olduğunu yıxılarkən,həyatın tam ortasında yalnız başına
qaldığımızda anladıq…”Ölmək asandır,bacarırsansa yaşa” prinsipini
əlimizdə bayraq edərək ürəyimiz ağlayarkən üzümüzü yalan gülüşlərə
bəzəməyi öyrəndik.Bəzən yalnızlığımızı,içimizə axıtdığımız göz
yaşlarını ən yaxınlarımızdan belə gizlətdik…Susduq…Sözlər
hərif-hərif boğazımızda düyünləndi…Kimsələrə deyə bilmədik ürək
yanğımızı.Çünki zamanla anladıq hər zaman yanımızda görünən insanların
əslində yanımızda olmadığını…Bəzən bir çox münasibətlərin yalan və
mənfəət üzərinə qurulduğunu…
Uşaq idik…Həyatın bir çox acı sürprizlərindən xəbərsiz idik.Böyüdük
indi içimizdə daha böyük hərarətlə “Uşaqlıq illərinin qayğısızlığına
geri dönüş”, “keçmişə səyahət” istəyi yaşayır.
Bəzən zamanın axarında sanki bir daşa ilişib qalsaq da,yaşam
mücadilələri uğrunda apardığımız mübarizələrdən yorulub gücümüzü
itirsək də,yıxsa da bizi acı həqiqətlər,biz hər şeyə rəğmən gücümüzü
toplayıb həyatın çətin sınaqlarına qarşı ayaqda durmağı bacardıq.Zaman
keçdikcə hər şeydən yorulub,çəkilən çilələr qarşısında məğlub
olduğumuzu düşündüyümüz an qəfildən içimizdə ümid fidanları böyüməyə
başladı.O ümidlərlə öyrəndik həyata tutunmağı.Məhz o zaman anladıq hər
qaranlıq gecənin aydın bir sabahı olduğunu…



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı