Müəllif: Aysel Məmmədzadə
Məktub
Qarşında duran portretin sükutunda nəfəs alan səssizliyin sahibi olan o qadınam mən
Əvvəla salam…
yorğunluğa məhkum olan bir qəlb ruhunu bu gecə incitmək istəyir
Dodağının gülüşü gözlərindəki acını öldürən və hər kəsi bu səhnənin gözəl tamaşasında aldadan tək bir qadın.
Xəyallarda yaşayıb gerçəklikdə məhv olan..
Susduğu gerçəkliklərə özünü inandırmağa çalışan..
Gülüşlərinin arxasında heç bir xoşbəxtlik gizlənməyən..
Özünü hər kəsdən daha çox aldadan və hər şeyə baxmayaraq təkliyini sevən o qadın..
Bugün…qonaq olum sənə və hiss etmədiyin , üzünü görmədiyin o qadınla susqunluğunu paylaş… Susdurulmağa süründürülmüş fikirlərimi dinlə
Ruhum çox incidilib..qəlbim çox qırılıb.
nəbilim..
Zamanla insanların gözündə olan xoşbəxtliyi qısqanıram.
Ətrafımda olan səs küydə sadəcə yoxluğumu , bəzi insanlara hiss etdirdiyim yorğun baxışımı hiss edirəm..
mənim Yoxsulluq şəhərində zənginliyə sahib olduğum tək şey fikirlərimdir.
Doğum günümdə hər il artan şam sayı itkilərimi artırımış.
.Hisslərim…duyğularım..”onlar”..və sağlığım ( məni ayaqda tuta biləcək bir sərvət )
davam etdirmək istəsən sən də danışa bilərsən – bu kəlmələri yazan insanların nələr hiss etdiyini..
Bəhs ede biləyəcəyim xoşbəxtlik anlayışını sətirlərdə əks etdirə bilmədim nə vaxtsa . “I am happy” kəlməsinə sığışdırdığım xoşbəxtlik isə yarımçıq qaldığından başqa bir sətirlərdə davam edə bilmədim
Həmişə soruşurlar sətirlərin yorğunluğunun səbəbini.Bilərəkdən sırf incitmək ya da daha fərqli mənalar axtarmaq üçün..Aydın deyil hələ də ?!…
Şəhərdən uzaqlaşmaq bəhanə etdiyim uzaqlar səbəbini yenə yarımçıq qoydu.
Təsəlli axtardığım uzaqlarda yoxluğumun məkanını axtarırdı gözlərim..Heç bir küçəsində bir xatirə parçasının donub qalmadığı , görməkdən çəkindiyim üzlərin qeyri – varlığı..kömək edə bilmədi
Və mən Böyük bir şəhərə sığdırdım fikirlərimin yoğunluğunu.düşünməkdən qorxduqlarımı üşüdürdü bu sığınacaq..
Bizə ayrılan vaxt bəlkə də sona yetir.bu gecə o qapı arxasında dinlədin məni.
Bəxş etmək istədiyin tək şey ümidsizlik idi, nə gözlərini görə bildim bunları deyərkən , nə də…
Qonaq etmədiyin qadın ayaqlarının üstündə duracaq bir sərvətə malik deyildi…Və son misraları oxuyub bağlı saxladığın o qapıdan boylananda sadəcə bu gecəyə məxsus bir işıltını görə bilməyəcəksən daha
İncitmək istədiyim o ruh , baxmağa layiq görülmədiyim o iki göz və saniyələrə sığdırılmış qəlb çırpıntılarım təqvimlərin dərinliyində boğularaq son dəfə göz yaşlarıma toxunaraq tərk etdi məni..
Gedirəm indi..məni aparacaq bir sərvət olmasa da qəlbimi süründürməyə məhkum etdiyin üçün..Əlvida
Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook və Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.
