ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Mənim babam”

2.8K

Müəllif: Leyla Əhmədova

Mənim babam.

…Bir babam var-boyu alçaq,qaşları çatıq,göz qapaqlarına azca xallar səpələnmiş..
Bir babam var-başından panaması,çiyinlərindən pencəyi,damağından siqarı,əlindən təsbehi,qış girəndən öskürəyi,”Baş sarıtel”dinləyəndə isə gözlərindən yaş əskik olmayan..
Soruşası olsanız bir babam var,digərini görmək nəsib olmayıb.Nəvələrini şirin dillə danışdıran,mağazalara aparıb istədiyini alan,gülərüzlü babam var deyə bilmirəm hərçənd ki. Qaşqabaqlı,çox danışmayan,ürəyi yansa da bunu asan dilə gətirməyən insandır mənim babam,Bəlkə,elə ona görə parklarda nəvəsinin saçlarını oxşayan,onu min dillə danışdıran,nazını çəkən babalar görəndə qəribsəyirəm..
6 aydır ki,yeni xüsusiyyətlər qazanıb babam,yəni nənəmi torpağa tapşırdıqdan sonra.Qəlbində çox şeyi gizləməyi bacaran kişi olsa da bircə nənəmə olan sevgisini heç cür gizlədə bilmir.Kişilər ağlamaz deyə eşitmişik.O vaxtdan cibindən dəsmalı əskik olmur onun.Babamı qınayanların içində mən də oluram zaman-zaman.Allahın gücünə gedər ölənin arxasından bu qədər ağlamaq..Bəzən də belə etdiyim üçün özümü qınayıram.Mən hardan bilərəm ki,80 yaşınadək biryerdə yaşlandığın,8 uşaq boya-başa çatdırdığın,həyatının yoldaşı olmuş birini itirməyi..Ona olan sevgisini sözlə ifadə etməyi isə bacarmaram,bəlkə də, onu gördüyümdən indiki cavanların sevgisinə inanmıram.Nənəmə bir şey olsa babam necə olar deyə az düşünməmişəm əlləri əsə-əsə ona dərman verən,təzyiqini ölçən zamanlar..Ancaq daha babam da gedib onunla,yoxluğuna qarışıb onun..Onsuz çox danışmırdı,indilərdəsə daha da susqunlaşıb..Mənə “sən məhkəmə işləyəcəksən” deyirdi həmişə,yazılanları anlamasa da sınaq vərəqlərimə baxmağı da unutmurdu..Sonuncu dəfə görəndə hiss etdim ki,daha adımla müraciət etmir mənə..Çox güman bundan sonra da etməyəcək..Ayağının biri tutulub,tam yeriyə bilmir,.Üzünü görsəniz,bir vaxtlar toylarda “Qoca qartal”ı süzən kişidən əlamət qalmayıb..Baba,sən heç yuxu filan görmürsən deyə soruşanda dirilərdən çox ölüləri gördüyünü demişdi..O vaxtlar qardaşını təzə itirmişdi..İndisə ölümü arzuladığını da bilirəm ..Düşünür ki,yaşamaq üçün daha səbəbi yoxdur.Onun üçün hər şeyi etməyə hazır olan övladlarına,nəvələrinə rəğmən..Ona bura yazdıqlarımı deyə bilmərəm ki mən ,əslində ,baba,səni bəlkə də hamıdan çox elə mən sevirəm deyə bilmərəm ki ..Bir gün də onun xəbərini eşidəcəm,babam rəhmətə getdi deyə və o indi deməyə çəkindiyim ondan sonra dərd olacaq ürəyimə,bunu da bilirəm..Kaş ki,sərt baxışların altında yatan ürəyini azca açmış olsaydı ətrafındakılara..Ən azından ağlayanda yanında ola bilsəydik..Ancaq bu mənim günahım deyil,bəlkə bütün bunları bilsə də anlamaz məni,axı onların zamanında olmayıb belə şeylər..Nə babam öz atasından,babasından qayğı görüb,nə də özü onlara nəsə deyə bilib..Ona görə də susuram..Ancaq Allah şahidim olsun,onu hələ də çox sevən bir Leylası daha var …..



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı