ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi – Müsabiqə

2.3K

“Gənc Təlimçilər Şəbəkəsi” təşkilatı “GALAXY Group” Təhsil Mərkəzinin dəstəyi ilə gənc yazarlar üçün yeni layihəyə start verir.

“Gənc Yazar” adlanan layihənin məqsədi gənc və prespektivli yazarların öz əməyi olan məqalələrinin (məqalə, şeir, roman, pyes, əsər və s.) gənclər arasında yayılamsında və sevilməsində yardımçı olmaqdan ibarətdir. Qalibi hədiyyələr gözləyir.

Qeydiyyat üçün yazarlar Ad, Soyad, telefon nömrəsi, e-mail, şəkil və öz məqalələrini [email protected] ünvanına göndərə bilərlər. (Şəkil göndərmək məcburi deyil)

Layihənin qaydaları:

  • 1 yazar 1 məqalə göndərə bilər.
  • Məqalələrin müəllifi yazarların yalnız özü olmalıdır, oğurluq məqalə aşkar olunduğu halda yarışdan çıxarılacaq.
  • Məqalələr üçün ölçü məhdudiyyəti yoxdu, istənilən ölçüdə ola bilər.
  • Məqalələrin mövzusu sərbəstdi (dini və siyasi mövzular olmaz)

Məqalələr xüsusi metodlarla yoxlanılacaq və qəbul olunacaq

Maksimum yaş həddi: 30 yaş

İştirakçıların məqalələri Dialoq.info saytına yerləşdiriləcək və 20 gün oxucular tərəfindən səs vermə aparılacaq. Səs vermə bəyən düyməsi vasitəsi ilə olacaq və 1 bəyən 1 səsə bərabər olacaq. 20 gündən sonra səs vermə dayandırılacaq və ən çox səs yığan məqalə qalib olacaq.

Səs vermənin şəffavlığını qorumaq üçün münsiflər heyyəti də səs verəcək. Münsiflər heyyəti hələki gizli saxlanılır və son gündə onların kimliyi sizlərə məlum olacaq.

İlk 3-lüyü tutan yazarlar hədiyyələrlə də mükafatlandırılacaq. “GALAXY Group” Təhsil Mərkəzindən

  • 1-ci yerə 200 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 2-ci yerə 100 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,
  • 3-cü yerə 50 azn dəyərində tədris xidmətlərindən istifadə kuponu,

Diplomlar və başqa qiymətli hədiyyələr veriləcək.

Məqalələrin göndərilməsinin son günü: 29 noyabr 2014

Səs vermə dekabrın 1-i başlayıb 20-si sona çatacaq. Dekabarin 25-i isə qaliblərin mükafatlandırma mərasimi olacaq.

Layihə rəhbəri: Toğrul Bayramlı

Qeyd edək ki, layihənin informasiya dəstəyi Dialoq.info saytına məxsusdu.

Event: https://www.facebook.com/events/1501629913449621

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı