Müəllif: Səmra Səmədova
Başda Anam olmaqla bütün
Bir qadın yetəri qədər şərəflidirsə,
ağlamayacaq haqsızlığa..
Əgər bir qadının canı yanmışsa,
Ən uzağı bir gülüş atar zifiri qaranlığa..
Qadın bitirmişsə səssizliyini,
Sadecə bir dəfə tüpürər insanlığa.
Aydınlığa çıxaran günəşi parça-parça edər,qadın süd qoxusuyla..
Başlamadan bitən hər xoşbəxtlik üçün bir yara açar qadın,incə barmaqlarıyla..
Gedəni uğurlamaq çətin olmaz şərəfli bir qadına..
Yaxın buraxmaz heç bir məğlubiyyəti yanına..
Və şərəfli qadınların günahı çox olar yanı başında..
Biraz sevgi,bir neçə doza kimsəsizlik qanında..
Solunda kədəri və yalnızlığı sağında..
Şərəfli qadınlar,şərəfsizliyi bəslər qoynunda..
Çıxmazdan öncə bilər nə var yolun sonunda..
Mələk donunda və şeytan fonunda..
Şərəfli qadınlar heç ölməz əslində..
Gözləri bağlanar və bir neçə başıboş ümid ölər bətnində..
Vəəə səthində qucaqdolusu xoşbəxtlik..
Şərəfli qadınlar getməz bir dəfəlik..
Çünki gediş yaraşmaz onlara..
Çünki hörmətləri vardır ölüykən sağ qalanlara..
Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook və Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.
