ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Özüdür ki var”

738

Müəllif: Rüstəmova Günel

Özüdür ki var

 

Gecəyə doğru uzanan səhər görürəm qarşımda

21 illik qısametrajlı film qoymuşam arxada…

Qəribə səslənir bəlkə də söylədiklərim amma

Dost, Həyat budur bəzən…

əlimdən küləyin səsi tutub,

süfrəmdə su əvəzi yağış, duz əvəzi qar,

bir də torpaqdan çörək var…

maraqlıdır deyəsən,

həyat budur bəzən.

Qonşu dükanın qalereyasından

dünən böyük dağ oğurladı gözüm.

Evə gələr-gəlməz

tez bəyaz  tabloya qoydum oğurladığımı.

Kənardan diqqətlə baxdım, dağın adını həyat qoydum.

Saçlarına dən düşmüşdü, çox sevindim…

O, qocalmışdı deyəsən,

Həyat budur bəzən.



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı