ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “SƏDAQƏT”

1.1K
Müəllif: Toğrul Abdullazadə
 
SƏDAQƏT

SƏDAQƏT… Bu nə deməkdir belə? Sədaqət sadəcə sadiq qalmaq, kiminsə güvənini qazanmaqmıdır? Dostluqdan da böyük bir duyğumudur? Yoxsa, bu sözün daha dərin bir mənasımı var?

Sədaqət, sadəcə insanın sevdiklərinə sadiq olması deyil, həmçinin onlar üçün yaşamaqdır. Sədaqət, sevdiklərini hər şeyə baxmayaraq sevməkdir, bütün pislikləri unudaraq, onlara bağlı qalmaqdır, onlar üçün öz canını belə verməyə hazır olmaqdır.

Sədaqət hər gün imtahandan keçməkdir, bu imtahandan keçə bilməyən insan “sədaqət andı”nı pozmuş sayılır. Çünki sədaqət – hazır olmaqdır hər bir çətinliyə, imtahana, həyatın oyunlarına. Çünki birisinə “sədaqət andı” içərkən, bu öhdəliyi tamamilə boynuna götürmüş olur o sadiq insan. Çünki sadiq olduğumuz insanlar sədaqəti bizdən sədəqə olaraq istəmir, ruhumuzla, ürəyimizlə, bütün insanlığımızla sadiq qalmağı tələb edir.

Sədaqət elə bir sərhəddir ki, bu sərhədi keçdikdən sonra ancaq xəyanətlə geri dönə bilərsən. Sədaqəti xəyanətə çevirən ən böyük silah şüphədir, yalandır, qorxunc bir inamsızlıqdır.

Bəzən bizə xəyanət etmiş insanlar gün gəlir bizdən sədaqət tələb edirlər. Bəzən isə biz illər boyu sadiq qaldığımız insanlara xəyanət edirik. Bəzən sədaqəti ölüm belə poza bilmir, lakin bəzən kiçik bir kəlmə, kiçik bir qəlb qırıqlığı sədaqəti xəyanətə çevirir.

Sədaqət əslində dərin bir mənaya malikdir. Sədaqət sevdiklərinə deyil, özünə sadiq qalmaqdır. Çünki özünə, ruhuna sadiq olan hər kəs, sevdikləri üçün öz sədaqətini qoruya bilər. Sevdiklərinə xəyanət etmiş hər bir kəs, öz ruhuna, insanlığına xəyanət etmiş sayılır. Amma sədaqət sonda bir daha sevdiklərin uğrunda ölməkdir. Onların qəlbi qırılmasın deyə, öz qəlbini yerə atıb, parçalamaqdır əsl sədaqət



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı