ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Sevinməyimizin doğru yolu”

855

Müəllif: Hümbətova Təhminə

Sevinməyimizin doğru yolu

“Bəzən insanlar gerçəklərə qulaqlarını tıxayarlar, çünki xəyallarının yerlə bir olmasını istəməzlər”. Həyatda qəlbən arzulanan bir şey müəyyən zamanda həqiqətə çevrilərək bizə sevinc bəxş edir. Çünki doğru mövqe ilə alınmış istək hər zaman bir həyat üçün önəmlidir. Düzgünlüyü həyatın bir simvoluna çevirən insanlar vardır. Bu, bir xarakter şəklində insanın qanına hoparaq onu yönəldir. Həyat həqiqətləri hər zaman ümidin bir parçasına çevrilərək nikbin hisslər yaradır insanlarda. İnsan yaşadıqca öyrənir. Öyrəndikcə tətbiq etməyə çalışır. Həyat yaşaması asan, lakin insanın bəzən dözümsüzlüyünə qədər gətirib çıxaran bir məfhumdur. Varlığı düşünəcək gücümüzün yetərli olmamasına dəlalət edən və ucsuz-bucaqsız hesab etdiyimiz bir məkandır. Öyrənirik Səbr dediyimiz bu təsəlli ilə. Öyrənirik Ümidlə baxdığımız gələcək yaşamımız ilə. Öyrənirik iradəmizin yetdiyi qədər. Öyrənirik ayaqda dik duracağımız qədər. Zaman ötür, bu şirin dünyanın tamamlanmasını acı ilə qarşılayırıq. Çünki ölümdən qorxuruq. Kimilərimiz acı çəkərək həyatını sona yetirir, kimilərimiz rahat bir şəkildə vidalaşır bu həyatla.

Həyat var olma ilə ölüm anına kimi təcrübələrlə zəngindir. Mübarizələrlə doludur. Həyat yaşanan yox, yadda qalan günlərlə bəlli olur. Ki, biz həyatı necə və ya nə cür yadda saxlamış, gələcək nəsillərimizə ötürmüşük. Arzularımız çoxdur, təbii ki, bu gənc olduğumuzdan yox, sadəcə insan olmamızdan irəli gələn bir şeydir. İstəyimiz alınanda dünyanın ən xoşbəxti biz oluruq, alınmayanda məyus olub üsyan edir, kədər içində günlər keçirir və belə deyim, depressiyanın qurbanına çevrilirik. Məlhəmimiz isə təsəllidir, bunu isə yaxınlarımızdan alırıq.

Ahmet Ümitin fikri – “İnsanı xoşbəxt etmək üçün çiçək vermək yetmir. Onların ehtiyacları olan şeyi verməlisən, bu isə çox çətindir. Çünki kimin nəyə ehtiyacı olduğunu bilə bilməzsən. İnsanlar çox zaman özləri belə nəyə ehtiyacları olduqların bilmirlər”. İlk növbədə ehtiyacımız olan şeyləri bilək ki, həyata keçməsi üçün çalışaq və nəticədə xoşbəxt olaq.



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı