ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “Uçdu bir quş damımızdan”

1.8K

Müəllif: Zaur İsayev

Uçdu bir quş damımızdan

 

Odur bax, uçdu bir quş damımızdan..

Sonsuzluğa yol alırmış kimi, səbəbsizcə uçdu getdi.

Gözləyəni varmı, gözlədiyi varmı bəlli deyil.

Amma odur bax, uçdu bir quş damımızdan.

Dəyişdimi onunçun yer, göy səma, ətraf?

Dəyişdimi qəlbindəki o ağrı dolu istəkləri?

Dəyişmədi, nə yer, nə göy, nə səma, nə də istəkləri.

Amma odur bax, uçdu bir quş damımızdan.

Nə yazıq ki, uçdu, getdi uzaqlara iz qoymadan, acımasızca, səmirsizcə,

Nə yazıqki, iz qoymadı o səmada, dönərsizcə.

Amma odur bax, uçdu bir quş damımızdan.

Düşünməklə keçdi həyat, quşun köçün, düşünməklə uçmadımmı məgər özüm?

Düşünsəmdə, getmədim mən varlığımdan, öyrənsəmdə sonluğunu nağılımın, tərk etmədim qəhramanı.

Amma odur bax, uçdu bir quş damımızdan.

Quş uçarkən bildimi ki, unudurdu arxasında qalanların, bildimi ki, uçuşuyla vurdu, yıxdı pənahların?

Çoxmu qaldı, tezmi getdi anlamadı, o mu uçdu, mənmi qaldım anlamadım.

Amma odur bax, uçdu bir quş damımızdan.

Anladığım o olduki, quş da, biz də çox eyniyik.

Onlar uçur, biz gedirik bilməyirik.

Tərk edərkən kimisə biz bu həyatda, tərk edilən durub durub demirmi ki,

Odur bax, uçdu bir quş damımızdan…



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı