Müəllif: Gülnar Adıgözəlova
Xoşbəxtlik ovuclarımızda
Həyatı boyunca insan xoşbəxt olmağa çalışır. Daima istəkləri olur və hər yeni gün daha da artır. İnsan daima əldə etdiyindən daha çoxunu istiyər. Sahib olduğundan, əvvəl yaxşısını, sona daha yaxşısını, daha sonra daha yaxşısını istiyərək mükəmməliyi əldə etməyə çalışar.Ama bu heç vaxt mümkün olmaz,insan bunu görməz və ya görməməzlikdən gələr.
Bu dünya ümid dünyasıdır. İnsan xoşbəxt olmaq üçün ümidini itirməməlidir. Ümidin bitdiyi yerdə hər şey mənasını itirmiş olur. Bir gün xoşbəxt olmaq üçün ümid edin,səbr edin, elbetde hər kəs bir gün xoşbəxt olacaqdır. Əlimizdəkilərin dəyərini bilməyə çalışsaq çoxdan xoşbəxt olmuşduq. Əvvəlcə insan nə istədiyini bilməlidir, nəyisə istərkən əmin olmalıdır. Həyatda heç bir şeyin geri dönüşü olmadığını düşünməli və hər anın dəyərini bilməlidir.
Zaman çox tez keçir. Bu gün əlinin içində olan bir şey sabah ovuclarını arasından axıb gedir. Xoşbəxt olmaq əslində insanın öz əlindədir. Xoşbəxtliyin gəlməsini gözləmək yerin, xoşbəxt olmağa çalışmaq lazımdır. Ama bəzən insan ürəyinə və dilinə söz keçirə bilmir, özünü idarə edə bilmir. Kiçik səbəbləri gözümüzdə böyüdürük. Hansı ki, biz də addımlamağı öyrənmədən yeriyə bilməyəcəyimizi bilirik. Cuzi şeylərdən başlayaraq həyatımıza məna qatlmalı, hər müvəffəqiyyətsizlikdən sınmamalıyıq.
Həyatda xoşbəxt olmaq üçün ümid edin, sevin və əlinizdəkilərin dəyərini bilin….
Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook və Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.
