İDMAN 2020.03.24 13:46

Gənclər və İdman Nazirliyi də koronavirusla mübarizəyə pul ayırdı

32

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayıran qurumların sırasına qoşulub.

Nazirlik bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq, ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşlarının əmək haqlarının bir hissəsini – 30 min manat məbləğində vəsait köçürüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı