ƏSAS SƏHİFƏ

GDU-da yeni laboratoriya istifadəyə verildi

725

Gəncə Dövlət Universitetində yeni üzvi və bioloji kimya laboratoriyası istifadəyə verilib.

Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, bununla bağlı keçirilən tədbirdə universitetin rektoru Yusif Yusibov ali təhsil müəssisəsində həyata keçirilən işlər və mövcud yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, universitetin  tədris korpusları əsaslı təmir olunub, texniki baza müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib, “ağıllı lövhə”lər quraşdırılıb, daxili şəbəkə yenidən qurularaq yüksək sürətli internetlə təmin olunub.

Tədbirdə nəzərə çatdırılıb ki, yeni laboratoriyada fənlər əyani vasitələrdən istifadə etməklə tədris olunacaq və tədqiqat işləri aparılacaq. Geniş texniki imkanlara malik olan laboratoriyada, həmçinin üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkündür.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı