BAXIŞ BUCAĞI

Gənc alim çağırış etdi: Pedaqoji Universitetdə əldə olunan uğurları görməmək təfəkkür korluğudur

294

Son günlər elektron media portallarında, sosial şəbəkələrdəAzərbaycan Dövlət Pedaqoji Universitetinin, Universitetin rektoru professor CəfərCəfərovun haqqında xoşagəlməz, haqqa, ədalətə zidd dedi-qodu dolu söhbətləryayılmışdır. O yazıları oxuduqca insanın içində bir sual baş qaldırır: Əcabə, görəsən,insan nə qədər vicdansız, mədəniyyətsiz olar ki, ağa qara deyərək, ağzını boşqoyub nələrsə yazsın. Bu yerdə qədim bir uyğur atalar sözü yadıma düşdü: Atagörən ox yonar, ana görən paltar biçər. Bəli, həqiqətən də insanın cəmiyyətdəkimövqeyi, qətiyyəti, danışığı, oturuşu, duruşu ailəsindən keçər. Gərək ki, ailədəatadan kişilik, anadan da əxlaq öyrənəsən. Ailədə ki, tərbiyə, dəyər, dəyərlərimüəyyən edən meyarlar nizam-mizan olmadı, orada halal-hümmət nəsil yetişə bilməz.Belə insanlar cəmiyyətin hansı sahəsində olursa olsun, həmişə neqativliklər, əyintilər,yalanlar, pessimistlik, şər-böhtanlar sərgiləyəcəklər.

Bəli, dediyim kimi, belə nanəciblər həmişə olub,yenə də olacaq. Amma bu tip ünsürlərə qarşı hamımız birgə mübarizə aparmalıyıq.Mən buradan dəyərli oxucularımıza, media kapitalarına, ləyaqətli jurnalistdostlarımıza, QHT rəhbərlərinə, ictimai fəallara müraciət edərək onları AzərbaycanDövlət Pedaqoji Universitetində (ADPU) həyata keçirilən inqilabi dəyişikliklərə,islahatlara, innovativ yeniliklərə mənəvi dəstək vermələrinə səsləyirəm.Övladlarınız, gələcəyiniz naminə haqqı dəstəkləyin, cənablar!

Hamınızın yadındadır, ADPU bir vaxtlar ölkəmizin əngeridə qalmış universitetlərindən biri olaraq, neqativliklər yuvası kimi hər kəsinikrah və gülünc obyektinə çevrilmişdir. Uşaqları ADPU-da oxuyan valideynlər cəmiyyətdəbir az utanaraq “oğlum, qızım ADPU-da oxuyur”, – deyirdilər. Vaxtilə kiminsəqolunda azacıq gücü, əlində qələmi, dilində kəsəri olardısa gəlib universitetdəistədiyi müəllimə (vicdanını o vaxt da, bu gün də qoruyan müəllimlərdən üzr istəyirəm)tələbə tapşıra, qiymət yazdıra bilirdi.

Tapşırmağa adamı olmayanlar isə başqa neqativ yollaraəl ataraq, kursdan-kursa keçərək ölüm-zülüb ali məktəbi bitirərdilər. Nəticədəisə gözü deyil, təfəkkürü kor müəllimlərin sayı çoxalırdı.

Bir sözlə formal ali təhsil, formal magistratura,formal doktorantura qəbulu, formal doktorantura təhsili, formal dissertasiyaişləri, formal müdafiələr, formal… formal… hər şey formal olurdu.

Nəhayət ki, bu formallıqlar günlərin bir günü – 23iyun 2016-cı ildə dayandırılma nöqtəsində dayandı(rıldı). Bu tarixdə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə professor Cəfər Məmmədoğlu Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olundu.

Məhz bu tarixdən sonra ADPU hər sahədə islahatlar cəbhəsinəçevrildi. Bu cəbhədə yüzlərlə əks qüvvələr yeniliklərə, islahatlara, doğruya, ədalətəqarşı yönəldi. Bu islahatları ağırlaşdıran bir məqam isə Azərbaycan Müəllimlər İnstitutukimi böyük bir təhsil müəssisəsinin də ləğv olunaraq ADPU-ya qoşulması oldu.

O vaxt bu islahatlara, optimallaşdırma,rasionallaşdırma işlərinə start vermiş kiçicik komanda ilə yola çıxmış rektorunbu işləri sona çatdıra bilməyəcəyi haqqında söz-söhbətlər də var idi. Bəlkə dəbu düşüncədə olan insanlara nədəsə haqq qazandırmaq olardı. Çünki yük həddənartıq ağır idi. Bu islahatların gedişində dostlardan, qohumlardan, adətetdiyimiz “yaxşı adam” olmaq titulundan məhrum olmaq kimi ağır sınaqlar varidi. Amma hər şey ölçülü, biçili olaraq göz altına alınmışdı. Bir hədəf varidi, cənab Prezidentin etimadı doğrulmalı, Azərbaycan təhsilinin, Azərbaycan məktəbininqırılmış onurğa sütunu olan ADPU sağaldılmalı, inkişaf etdirilməli, irəli getməliidi. Ən qısa zamanda pozitiv insanların sayəsində, neqativliklər cəbhəsi yarıldı,irinlənmiş yaralardan çirklər axıdıldı, reablitasiya, sağaldılma işinə başlandı.Ölkədə təhsil sahəsində tanınmış mütəxəssislər ADPU-ya cəlb olunacaq kadr kimibir-bir süzgəcdən keçirildi. Hər biri bir bölgədən, bir-birini ADPU-da tanıyansanballı, bacarıqlı ən əsası da nəfsinə təp deməyi bacaran kəslərlə vaxtilə Azərbaycanelminə və təhsilinə böyük dühalar bəxş edən, Azərbaycan məktəblərinin yarıdançoxunu pedaqoji kadrlarla təmin edən qocaman ali təhsil müəssisəsinin problemlərininhəllinə başlanıldı.

Bütün islahat xətləri mədəni, etik, insani dəyərlərdaxilində həyata keçirildiyindən professor Cəfər Cəfərovun islahat və idarəetməprinsipləri Universitetin bütün cəbhələrində millətin, dövlətin xeyrinə qalib gəldi.Qazancı böyük olsa da itirdikləri də oldu. Onu anlamayan insanları, təhsilimizəbiganə qalan dostları, qohumları itirdi.

“Təhsilimizin qazancı nə oldu?” sualını versənizbelə cavab verərəm. Bir vaxtlar qəbulda ADPU-nu 15-ci yerdə “bəxtə Şah Abbas”deyərək “cəhənnəm məktəbi” kimi yazan abituriyentlər indi isə ADPU-nunixtisaslarını birinci yerdə yazaraq böyük rəqabət şəraitində yüksək baltoplayıb müsabiqədən keçənlərə “bəxtəxər şanslı çıxdı”, – deyirlər. Bu yerdəbir haşiyəyə çıxaraq kiçicik statistik təhlil vermək istəyərdim. Baxın 2014-2015-citədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox baltopladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər 500-dən çox bal toplayıb.Bu il isə ADPU-ya 500-dən çox bal toplayaraq qəbul olunmuş tələbələrin sayı 566nəfərə çatıb. 600-dən çox bal toplayaraq ADPU-nu seçib müəllim olmaq istəyən tələbələrinsayı isə 15 nəfər oldu. ADPU-nun fizika, riyaziyyat, tarix, kimya,filologiya, pedaqogika, psixologiya, musiqi ixtisasları rəqabətə davamlıixtisaslar kimi ad çıxardı. Bəs bu sıçrayışlı inkişaf dinamikası necə oldu birdənbirə, 2-3 ilin içində.

Deyim hardan gəldi?  

Deyirəm!

Rektor Cəfər Cəfərovun qətiyyəti və prinsipial idarəetməsisayəsində illərlə oturduğu kreslodan durmaq, mürgülədiyi kabinetdən çıxmaq istəməyənşəxslər artıq Mustye mədəniyyətindən qalma əxlaqın keçərli olmadığını gördülərvə ya könüllü getdilər, ya da göndərildilər. Təbii ki, bu insanlar üçün Cəfər Cəfərovxoşagələn insan ola bilməzdi. Amma bunlara baxmayaraq, ADPU-da kafedra müdiri,dekan vəzifələrinə iddia edən namizədlərin mübarizə etikası, yüksək seşki mədəniyyəti,bir sözlə insanlıq nümunələri formalaşdırıldı. Təbii ki, bu mədəniyyət nümunələrinintəməlində də təhsil qalxdı və cəmiyyətdə ADPU-nun nüfuzu birə yüz artdı. Sonrakımərhələdə tələbələrin biliyinin yoxlanılması prosesində şəffaflıq təmin edildi.Tələbələrə dərs deyən müəlllimlər müsabiqədən keçərək seçildilər. Beləliklə,biliyi verən və biliyi dəyərləndirən meyarlar müəyyən edildi. İmtahanların şəffaflığınanəzarət etmək üçün İctimai nəzarət şurası yaradıldı. Pedaqoji Universitetin ənetibarlı, inamlı insanları imtahan prosesinə, appelyasiya şikayətləri qərargahınatəyin edildilər. Tələbələrdə imtahan şəffaflığından böyük məmnunluq hissləriyarandı.

Şəffaflıq son həddə daha da gücləndirilərək tələbələrədərs deyən müəlllimlərə iki yol təklif olundu: ya müəllim kimi şərəflə işlə, yada ki, Universiteti tərk et. Əlbəttə ki, bu şəffaflığa dözməyən, çirkab içindəçürümüş kadrlar Universitetə qarşı “müharibə elan etdi”. Universitet məhkəmə çəkişmələrinədəkgetdi. Bu mərhələdən də rektor və ADPU islahatçıları qalib gəldi.

Bu uğurları isə hər kəs qəbul edə bilməzdi. Lakin buuğurların arxasında kimlərinsə neqativ yollarla əl ata bilməsi qeyri-mümkünidi.

Rektorun tapşırıqlarına əsasən bütün vəzifə səlahiyyətləriaidiyyəti struktur bölmələr arasında bölüşdürdü. Hər kəs öz işinin nədən ibarətolduğunu bildi. Heç kəs, rektor belə qanunsuz olaraq hansısa şöbənin, fakültənin,kafedranın işinə qarışa bilməz, ADPU-da. Bütün işlər subartinativ formada icrayayönəldildi. Şöbələrin, dekanlıqların, kafedraların, laboratoriyaların əsasnamələritəsdiq olundu, iş planları hazırlanaraq cari və beşillik fəaliyyət müəyyənedildi.

Əlbəttə ki, vətənini, xalqını, dövlətini sevməyəninsanlar üçün bu işlər yaxşı qarşılana biməzdi. Professor Cəfər Cəfərovhaqqında belə insanlar da xoş söz deyə bilməzlər.

Uzun illər Azərbaycanda neqativ, ən asan yollarla əlavətəhsil alma, ixtisasdəyişmə kimi tanınan ADPU-da Əlavə təhsil fakültəsi də rəndədənkeçirilərək yeni yaradılmış Davamlı təhsil və təlim şöbəsində peşə hazırlığı səviyyəsininyüksədilməi və təkmilləşdirilməsi istiqamətində səmərəli fəaliyyətə başlayıb vəuğurlar qazanıldı.  

Bunlarla yanaşı doktorantura təhsili ilə bağlıislahatlar da sürətlə aparıldı. Doktorantura pilləsi üzrə qəbul olmaq istəyənnamizədlərdən ciddi imtahanlar götürüldü və gələcəyin alimləri kimi ən layiqlilərqəbul olundu. Əlbəttə ki belə olduqda rektor Cəfər Cəfərov kimlərinsə xahişini,tapşırığını yerinə yetirmədikdə ona qarşı qaryaxmalar aparacaqdılar. Təbii ki, buqarayaxmaların da bir pərvanə ömrü qədər ömrü var. Bu şər-böhtanları yayan şəxslərtəbii ki, öz iryəncilikləri içərisində əriyib elə öz zamanında qalacaqlar.Lakin Cəfər Cəfərovun öz ömründən sonra da adı, əməlləri, xidmətləri ehtiramlaxatırlanacaq. Çünki dünyada yaxşı əməllər sahibləri əbədi yaşaya bilirlər.

2018-ci ildən başlayaraq ADPU-da professor-müəllimheyətinin nailiyyət və uğurlarını qiymətləndirmək üçün ilk dəfə “Reytinq qiymətləndirməsi”həyata keçirilmiş və hər kəs şəffaf olaraq fakültə və kafedralar üzrə, həttaümumuniversitet üzrə  öz yerini, sırasınıəyani şəkildə görə bilir və gələcək fəaliyyətini bu nəticələr əsasında qurmağaçalışır ki, o da reytinqdə irəli çıxıb maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlavəödəniş alsın. Həmçinin aparılan islahatlar nəticəsində insanlarım əmək haqlarıda artırılmışdır.

Hazırda Universitetdə yüksək ixtisaslı müəllimkadrların hazırlanması istiqamətində ciddi işlər görülür. İnnovasiya və elmi tədqiqatlarda artıq yüksələn xətlə gedir. Universitetin son 50 ildə əldə etdiyi elmiuğurların 40%-i son 3 ilin payına düşür. Təsəvvür edirsinizmi, indi rektorhaqında yazılanlar necə də utancvericidir?

Artıq ADPU-da 7 laboratoriya üç istiqamət üzrə birləşərəkbazasında Elmi Tədqiqatlar Mərkəzi yaradılmışdır ki, bu da birbaşa rektorun vəonun komandasının gərgin zəhməti sayəsində ərsəyə gəlmişdir.

Hazırda Azərbaycan Dövlət Pedaqoji UniversitetindəStrateji Yol Xəritələrinin, Prezidentin Fərman və Sərəncamlarının, TəhsilNazirliyinin əmr və göstərişlərinin icrasının təmin edilməsi ilə bağlı böyük işlərgörülür.

Gəlin bir daha Pedaqoji Universitetin hazırkıdurumuna nəzər yetirərək. Son 3 ildə görülmüş hər şeyi əyani olaraq gözlərimizönündə canlandıraq. Təbii ki, həyatda hər şey nisbidir və müqayisəli təhlilə əsaslanır.Böyük Eynşteyn demişkən: “Gərək qaçanda yanında biri də qaçsın ki, sənin zəifvə sürətli qaçmağın hiss edilsin”. Bəli, ona görə də hər şey müqayisəli təhlilləaparılsa daha yaxşı olar. 2 il öncə biz ADPU-nu 5-10 il öncə ilə müqayisə edərəkəldə edilən kiçik uğurları təhlil edirdiksə, bir il öncə ölkənin irəlidə gedənuniversitetləri ilə müqayisə aparıb böyük uğurlarımızı önə çıxardıq. Bu ildənisə Pedaqoji Universitet artıq məqsəd olaraq dünyanın inkişaf etmişuniversitetləri ilə müqayisə ediləcək işləri hədəf götürərək, eyni zamanda,“Tədqiqat universiteti” statusuna da yiyələnmək uğrunda çalışır. Təbiiki, bu işlərin hamısı ölkə prezidenti cənab İlham Əliyevin təhsil quruculuğu vətəhsil yenilikçiliyi istiqamətində etimadını doğrultmuş professor Cəfər Cəfərovunvə onun saat mexanizmi kimi işləyən kadrlarının sayəsində ərsəyə gəlib, gəlir vəgələcək…

Əminəm ki, ən geci üç-dörd ildən sonra dünya universitetlərinintop reytinq sıralarında aşağıdan yuxarıya doğru sürətlə irəliləyən daha bir şərqUniversiteti – Azərbaycan Dövlət Pedaqoji Universiteti adlı bir universitet dəyer alacaq. O zaman ömrünü, həyatını Azərbaycana həsr ermiş qurucu babaların vədaim Azərbaycanın adını zirvələrdə görmək istəyən dünyadan köçmüş dahilərimizinruhları şad olacaq. Gələcək nəsillər də bizə “sağ ol” deyəcəklər. Baxbuna görə də bizim inkişafımıza sadəcə mənəvi dəstək olun, cənablar.

Və son olaraq demək istəyirəm ki, Cəfər Cəfərovyaxşı kadrları güdnüz əli çıraqla axtaran, axtarıb tapdığı kadrları ilə birgə elmin,təhsilin inkişafında, mütərəqqi biliklərə, milli əxlaqa, beynəlxalq dəyərlərəsahib müəllim kadrların hazırlanması yolunda sistemli iş görməyi bacaran birrektordur. O son dərəcə demokratik, eyni zamanda tələbkar, son dərəcə humanist,eyni zamanda səhvi bağışlamaz, son dərəcə sakit, eyni zamanda cəsarətli birinsandır. Bu göstəricilərə sahib bir şəxsiyyətin, rektorun, insanın haqqındayazılanlar isə cəfəngiyyatdan başqa bir şey deyil.

Yusif Alıyev
fizika üzrə fəlsəfə doktoru, dosent

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı