ƏSAS SƏHİFƏ

“GERHARD RİXTERİN RƏNGKARLIĞI” Korinna Belzinin filmi

759

Filmdən öncə rəssam Sara Nil-Consun təqdimatı olacaq.

Alman rəssamı Gerhard Rixter yarım əsrlik bir zamanı tarixi böhranlara müraciət edərək, çoxlu sayda texnika və ideyalar üzərində təcrübələr aparmaqla, eləcə də şans axtarmaqla yanaşı kütləvi mediada təqdimatlar etməklə keçirib. Mediadan utandığından, 15 ildə birinci dəfə 2007-ci ildə Korrina Beltsin filmi zamanı kamera önünə keçməyə razılıq verib. Onun çəkdiyi Gerhard Rixterin Rəssamlığı filmi rəssamın tənqidləri, əməkdaşları və Amerikalı qalereya işçisi Marian Qudman ilə olan səmimi söhbətləri və nadir arxiv materiallarından ibarət Rixterin yaradıcılıq prosesi haqqında həyəcanverici sənədli filmdir. Divar boyu sərgilənən perspektivimizdə biz 79 yaşlı yaradıcı rəssamın qalın fırçalar və böyük rezin silici alətlə parlaq rəngli boyaları üst-üstə çəkib-qaşıyaraq işlədiyi abstrakt kanvaları izləyirik. Yüksək enerjili yaratma və dağıtma prosesini təsvir edən valehedici görüntülər Beltsin çəkdiyi bir rəssam portretini rəsm əsərinin özünə çevirir.

Film Gürcüstandakı Goethe-Institutun Film arxivi tərəfindən təmin edilir.

Təşkilatçı:
ALOV – Mədəni tədbirlər və rəssam rezidensiyaları layihəsi.

İncəsənət sahəsində təcrübəli peşəkarlar Əsmər Abdullayeva, Ann Baumann, Dadaş Məmmədov, Səbinə Şıxlinskaya və Sarah Nil-Cons Azərbaycan və dünyanın digər yerlərindən olan rəssamlar arasındakı intellektual dialoq və mübadiləni təbliğ etmək məqsədi ilə Azərbaycanda/Bakıda müstəqil rəssamlardan ibarət platforma yaratmaq üçün qüvvələrini birləşdirir. Bu qurum vasitəsi ilə biz sərgilər, müzakirələr, təqdimatlar, film nümayişləri, rəssamların çıxışları, salon tədbirləri, rəssam rezidensiyaları və əməkdaşlıqları kimi müxtəlif tədbirlər vasitəsi ilə müzakirələr, təhlillər və inkişafa imkan yaratmaq istəyirik.

Giriş pulsuzdur.

Vaxt: 18 aprel 19:00

Ünvan: Kapellhaus, Alman-Azerbaycan Medeniyyet Birliyi

28 May küç. 35, AZ1010 Bakü

Before the screening will be an intriduction by the artist Sarah Knill-Jones.

German artist Gerhard Richter has spent over half a century experimenting with a tremendous range of techniques and ideas, addressing historical crises, and mass media representation alongside explorations of chance procedures. Infamously media-shy, he agreed to appear on camera for the first time in 15 years for a 2007 short film by Corinna Belz. Her follow-up, Gerhard Richter Painting, is a thrilling document of Richter’s creative process, juxtaposed with intimate conversations (with his critics, his collaborators, and his American gallerist Marian Goodman) and rare archival material. From our fly-on-the-wall perspective, we watch the 79-year-old create a series of large-scale abstract canvases, using fat brushes and a massive squeegee to apply and then scrape off layer after layer of brightly colored paint. This mesmerizing footage of a highly charged process of creation and destruction turns Belz’s portrait of an artist into a work of art itself.

The film is provided by Film archive of Goethe-Institut in Georgia.

Organised by
ALOV – Project of Art Events and Artist’s Residencies.

Art professionals and practitioners Asmer Abdullayeva, Anne Baumann, Dadash Mammedov, Sabina Shikhlinskaya and Sarah Knill-Jones are joining forces to create in Azerbaijan/Baku an independent artistic platform which aims to promote intercultural dialogue and exchange between artists in Azerbaijan and elsewhere in the world. Through this structure we would like to facilitate discussions, analysis, and development through a variety of events, from exhibitions, discussions, presentations, film screenings, artist’s talks, salon events, artist’s residencies and collaborations.

Free entrance.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı