ƏSAS SƏHİFƏ

Göyçayda Nar bayramı keçiriləcək

1.5K

Bu il noyabrın 7-də Göyçayda 10-cu dəfə Nar bayramı keçiriləcək.

 

Rayonda tədbirə yüksək səviyyədə hazırlıq işləri görülür.

 

Hazırda Göyçay şəhərinin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, səkilər təmir edilir, hasarlar rənglənir. Heydər Əliyev prospektindəki binaların fasad hissəsi müasir üslubda yenidən qurulur. Nar bayramının keçiriləcəyi ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Bundan əlavə, rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz və sehrbazlar, idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.

 

Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək, qaliblər mükafatlandırılacaq.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı