KRİMİNAL 2020.01.21 14:35

Göyçayda “VAZ”la “Ford” toqquşdu – Ölən var

44

Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, yanvarın 20-də saat 10 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində rayon sakini Malik Kərimovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil və Şəki rayon sakini R.Həsənovun idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı