Günəş sistemindəki ən qədim asteroid qrupu kəşf edilib

ABŞ-ın Sauzvest Araşdırma İnstitutunun astronomlarının liderlik etdiyi beynəlxalq tədqiqatçılardan ibarət kollektiv Mars ilə Yupiter arasındakı asteroid qurşağında bir qrup göy cisminin varlığını təyin edib.

Asteroid qrupunun qaz nəhəngləri deyilən Yupiter, Saturn, Uran və Neptun kimi xarici planetlərin meydana gəlməsi prosesində ortaya çıxan orbit dəyişmələri zamanı daha böyük asteroidlərin bir-biri ilə toqquşması nəticəsində yarandığı təxmin edilir.

Günəş sistemində kəşf edilən ən qədim asteroid qrupunun yaşının 4 milyard ildən çox olduğu bildirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here