ƏSAS SƏHİFƏ

Günəş tutulanda selfi çəkdirməyin

584

Mütəxəssislər günəş tutulması zamanı selfi çəkdirmənin təhlükəli ola biləcəyi istiqamətində xəbərdarlıq edir.  Günəş tutulması zamanı smartfonla çəkiləcək selfinin korluğa səbəb ola biləcəyi bildirilib.

İngiltərə göz həkimlkəri kolleci bu barədə yaydığı açıqlamada, bu gün baş verəcək günəş tulması zamanı günəşə birbaşa baxılmamasını, sadəcə foto şəkil çəkdirərkən belə baxmağın göz arxasında ciddi fəsadlar yaradacağını qeyd edib.

Mütəxəssislər günəşə birbaşa baxmaq əvəzinə günəş eynəklərindən və hisli şüşələrdən istifadə etməyi məsləhət görür.

Klinikanın həkimi Dr. Suzan Blakeney çılpaq gözlə birbaşa günəşə baxmamağı məsləhət görür və bildirir ki, günəşdən gələ biləcək güclü radiasiya şüaları retinada yanıqlar yarada bilər.

Günəş tutulması ayın yerlə günəş arasına girməsi və ayın kölgəsinin yerə düşməsi ilə nəticələnən təbiət hadisəsidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı