ƏSAS SƏHİFƏ

Gur işıqlandırma süd vəzi xərçənginə səbəb olur

97

ABŞ-ın Harvard Universiteti alimlərinin fikrincə, işıqlandırılması gur olan məhəllələrdə yaşayan qadınlarda süd vəzi xərçənginin yaranma ehtimalı daha çoxdur.

Tədqiqatçılar 110 minədək tibb bacısının evini öyrənərək 1989-2013-cü illər ərzində həmin şəxslərdə xərçəng xəstəliyinə rastgəlmə riskini araşdırıblar. Yaşayış ərazilərin işıqlandırılma dərəcəsini müəyyənləşdirmək üçün peyk fotoşəkillərindən istifadə edilib. Qadınların 3 min 500-dən çoxuna süd vəzi xərçəngi diaqnozu qoyulub.

Alimlər bunun səbəbini xərçəng əleyhinə melatonin hormonunun kifayət qədər ifraz olunmaması ilə izah ediblər. Onlar hormonun qaranlıqda ifraz olunduğunu, ancaq normadan artıq işığa məruz qaldıqda orqanizmin “gecə psixologiyası”na keçə bilmədiyini bildiriblər.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı