MEDİA VƏ QHT 2020.11.01 23:00

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi ermənilərin Azərbaycan şəhərlərini raket atəşinə tutması ilə əlaqədar bəyanat yayıb

40

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə və digər şəhərlərinə atdığı “Smerç” raketi nəticəsində dinc insanların, xüsusən də uşaqların, qadınların və qocaların öldürülməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə AZƏRTAC-a GAJB-nin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalistlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə atdığı “Smerç” raketinin partlaması nəticəsində ölən və yaralananlara görə hiddətlənib və kədərləniblər.

Azərbaycanlı jurnalistlərin hər biri Ermənistanın bu vandalizm hərəkətlərini, vəhşiliyini qınayır və onların bu vicdansız əməllərini dünyaya yaymaq üçün bəyanat qəbul ediblər.

Bəyanatda deyilir: “Biz jurnalistlər bu yolla Azərbaycan xalqını haqsızlığa qarşı mətanətli, müzəffər addımlar atmağa, əsgərlərimizi möhtəşəm qələbələr əldə etməyə səsləyirik. Onsuz da Azərbaycan oğulları bu gün Bərdə də törədilən terror aktının qisasını artıqlaması ilə alacaqlar. Biz buna inanırıq”.

Sənəddə, həmçinin birliyin jurnalistləri bütün dünya ictimaiyyətini, insan haqları təşkilatlarını Ermənistanın soyqırımı cinayətlərini yerində layiqincə qiymətləndirməyə dəvət edir.

“Azərbaycan xalqı dostla dost, düşmənlə düşməndir. Amma biz xalq olaraq dinc əhalinin qətliamını ciddi şəkildə pisləyir və ermənilərin bu bağışlanmaz hərəkətlərini dünyada yaşayan və sülhsevər insanların nəzərinə çatdırırıq”, – bəyanatda qeyd olunur.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı