DÜNYA 2020.11.07 17:00

Gürcüstan komendant saatı tətbiq edir

30

Gürcüstanda noyabrın 9-dan koronavirusla mübarizə məqsədilə komendant saatı tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin müavini Maya Tskitishvili bildirib.

Onun sözlərinə görə, böyük şəhərlərdə axşam saat 22:00-dan səhər 05:00-dək avtomobil və piyadaların hərəkətinə məhdudiyyət tətbiq edilir.

“Bu, həm piyadalara, həm avtomobillərə aiddir”, – deyə Baş Nazirin müavini əlavə edib.

Xatırladaq ki, Gürcüstanda koronavirusa gündəlik yoluxma və ölüm sayı kəskin artıb. Təkcə bu gün 2859 nəfər vurusa yoluxub, 18 pasiyent vəfat edib. Ümumilikdə ölkədə yoluxma sayı 54 852, ölənlərin sayı isə 441 nəfərə çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı