DÜNYA 2020.10.15 16:45

Gürcüstanda bir gündə 919 nəfər koronavirusa yoluxdu

33

Gürcüstanda son sutka ərzində daha 919 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 14 440-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 7367 pasiyent sağalıb, 113 nəfər dünyasını dəyişib. Hazırda karantində 5792 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğası yaşanır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı