DÜNYA 2020.05.23 23:55

Gürcüstanda ictimai nəqliyyatdan istifadə iyulun 15-dək məhdudlaşdırılıb

47

Gürcüstanda ictimai nəqliyyatdan istifadəyə tətbiq edilən məhdudiyyətin vaxtı iyulun 15-dək uzadılıb.

Bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, müvafiq qərar bir qədər öncə Gürcüstan hökuməti tərəfindən qəbul edilib.

Qeyd edək ki, martın 31-dən etibarən Gürcüstanda koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Apa

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı