DÜNYA 2020.09.17 11:01

Gürcüstanda koronavirusa yoluxanların sayı 3 min nəfərə yaxınlaşır

19

Gürcüstanda son sutka ərzində 179 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 937 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 16-da (170 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 422 nəfər sağalıb, 1 496 nəfərin müalicəsi davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı