DÜNYA 2020.11.21 23:56

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

24

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

Trend-in “News Georgia”ya istinadən verdiyi məlumata görə, 17 majoritar dairə üzrə keçirilən II tur üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə prosesində seçicilərin passivliyi müşahidə edilib, seçkilərdə seçici fəallığı 26,29 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərin birinci turu oktyabrın 31-də keçirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı