DÜNYA 2020.09.15 12:30

Gürcüstanda yeni yoluxma rekordu – 170 nəfər

33

Gürcüstanda son sutka ərzində 170 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, növbəti rekord göstərici olub. Ölkədə bu günədək virusa yoluxanların sayı 2 562 nəfərə çatıb.

Bundan əvvəlki ən yüksək göstərici sentyabrın 14-də (165 nəfər) qeydə alınmışdı.

Bu günədək ölkədə 19 nəfər vəfat edib. 1 369 nəfər sağalıb, 1 174 nəfərin müalicəsi davam edir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı