DÜNYA 2020.11.21 13:55

Gürcüstanda yoluxma sayı 100 mini keçib

29

Gürcüstanda son sutka ərzində daha 3824 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 100 684 -ə çatıb. Bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb. Bildirilib ki, bir gündə 33 nəfər COVID-19-dan ölüb. Bununla pandemiya qurbanlarının sayı 927-yə yüksəlib. İndiyədək 81 783 pasiyent sağalıb. Hazırda 2128 nəfər karantin rejimində, 5976 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı