DÜNYA 2020.11.02 09:45

Gürcüstanın baş naziri özünü təcrid edib

29

Gürcüstanın baş naziri Giorgi Qaxariya koronavirusla əlaqədar özünü təcrid edib. Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, baş nazir bu barədə qərarı onun əməkdaşının koronavirusa yoluxmasından sonra qəbul edib.

G.Qaxariya özünün “Facebook” səhifəsində bildirib: “Bir gün əvvəl uzun müddət təmasda olduğum əməkdaşımda koronavirusun təsdiqlənməsi ilə əlaqədar, təəssüf ki, artıq xüsusi rejimdə çalışmalıyam. Müvafiq olaraq özümü təcrid etdim və bu rejimdə işimi davam etdirəcəyəm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı