DÜNYA 2020.11.24 03:00

Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verib

62

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib. “Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. O, 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrıldığını bildirib. Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı