DÜNYA 2020.10.18 19:23

Gürcüstanın XİN rəhbəri Azərbaycanı təbrik edib

49

Gürcüstanın Xarici işlər naziri David Zalkaliani Azərbaycan xalqını 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
Nazirin “Twitter” hesabında paylaşdığı təbrikdə deyilir:

“Azərbaycanın Dövlət Müstəqilliyinin elan edilməsinin 29-cu ili tamam olur. Bu münasibətlə Azərbaycan rəhbərliyini və xalqını ürəkdən təbrik edirəm. Ümidvaram ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq və nümunəvi münasibətlərimiz bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı