DÜNYA 2020.03.24 08:56

Həkim zənginlərə virus testi satmaqla varlandı

93

Koronavirus heç də hamıya zərər vermir. İngiltərədə bir həkim zənginlərə virus testi satmaqla varlanıb.

56 yaşlı Mark Ali Şimali İrlandiyada istehsal olunan 6600 test dəstini satışa çıxarıb. Varlı müştərilər tapan həkim onların hər birindən 375 funt sterlinq (433 dollar) alıb. Beləcə, Mark Ali qısa zamanda milyonçu olub. O, ümumilikdə satışdan 2 milyon 475 min funt sterlinq (2 milyon 857 min dollar) əldə edib.

Amma Mark Alinin hərəkətini qınayanlar da var. Deyilənə görə, həkim öz laboratoriyasında test dəstinin birini 120 dollara satır. Sadəcə, varlılardan pul qoparmaq şansını əldən verməyib. Böyük Britaniyanın səhiyyə naziri Conatan Eşvort belə davranışların yolveriməz olduğunu deyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı