CƏMİYYƏT 2020.10.13 19:30

Həmsədrlər bəyanat yaydı

28

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Amerika Birləşmiş Ştatları) Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bəyanat yayıblar. Bəyanatda davam edən gərginlikdən narahatlıq ifadə olunub.

Həmsədrlər, Azərbaycan və Ermənistanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada qəbul edilmiş razılaşmanı tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırırlar.

Bundan əlavə, həmsədrlər istənilən şəraitdə mülki itkilərin qəbuledilməz olduğunu vurğulayıblar.

Onlar cəsədlərin və hərbi əsirlərin, saxlanılanların mübadiləsini həyata keçirmək üçün tərəfləri dərhal humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs rejiminə nəzarət mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

“Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin siyasi həll prosesinin əsas müddəları üzərində tərəflərlə işləyirlər”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı