ƏSAS SƏHİFƏ

Hər gün 1 saatdan çox musiqi dinləməyin!

705

Məlumata görə eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə məlumat yayıb ki, musiqiyə “həddən artıq çox və həddən artıq bərkdən” qulaq asan 1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər.

Audio pleyerlər, konsertlər və barlar “ciddi təhlükə” yaradır, qurum bildirir.

ÜST-ün rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır.

Müxtəlif səs səviyyələrinə nə qədər qulaq asmaq olar? ÜST-nin məsləhəti:

85 dB – maşının içərisində eşidilən səs – 8 saat

90 dB – qazonbiçən maşın – 2 saat 30 dəqiqə

95 dB – motosiklet – 47 dəqiqə

100 dB – maşın siqnalı və ya metro qatarı – 15 dəqiqə

105 dB – mp3 pleyeri maksimum ucalıqda – 4 dəqiqə

115 dB – səs-küylü rok konserti – 28 saniyə

120 dB – vuvuzela və ya sirenalar – 9 saniyə

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı