ƏSAS SƏHİFƏ

“Hər Şey Vətən üçün” adlı layihənin icrasına başlanılmışdır

687

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən  “Hər Şey Vətən üçün” adlı layihə icra olunmaqdadır.

Layihə ümumilikdə 4 ay olmaqla 01.03-01.07.2015-ci il tarixlərini əhatə etməkdədir.

Aprel ayından etibarən layihənin  əsas mərhələsinin icrasına başlanılmışdır.

Layihə çərçivəsində Bakı, Sumqayıt  şəhərləri, Lənkəran və Quba rayonunda gənclərin hərbi çağırışa qədərki psixoloji hazırlığı, hərbi vətənpərvərlik işinin təşkili ilə bağlı təlimlər keçiriləcək və təlimin sonunda iştirakçılara sertifikat veriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər cv-lərini [email protected], [email protected] ünvanlarına göndərə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı