KRİMİNAL 2020.09.17 15:13

Həyətində çətənə yetişdirən şəxs saxlanıldı

21

Kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbə sakini E.Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 94 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı