ELM VƏ TƏHSİL

“Həyat bilgisi və maliyyə savadlılığı” adlı müsabiqəyə start verilib

768
Azərbaycan Respublikası Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və “AccessBank”ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilən müsabiqə ümumtəhsil məktəblərinin müəllimləri arasında Həyat bilgisi fənninin “Fərd və cəmiyyət” məzmun xəttinin “Cəmiyyətin sosial-iqtisadi həyatı” alt-xətti üzrə elektron təhsil resursları hazırlamaq, müəllimlərin maliyyə savadlılığını artırmaq, eləcə də hazırlanacaq resursların təhsil şəbəkələrində paylaşılaraq müəllimlər arasında yayılmasını təmin etmək məqsədilə təşkil olunub.
Müsabiqə “Maliyyə savadlılığına aid ən yaxşı resurs” nominasiyası üzrəwww.musabiqe.edu.az saytı vasitəsilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları elektron təhsil resurslarını 17 aprel 2015-ci il tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər.
Müsabiqədə I, II və III yerləri tutan müəllimlərə noutbuk, printer, skaner təqdim ediləcək. Fərqlənən iştirakçılar isə müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı