“Həyat yoldaşlığı sənəti” mövzusunda konfrans təşkil ediləcək

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinasiya ofisi yazıçı-publisit, ailə dəyərlərinə həsr olunmuş maraqlı kitabların müəllifi Səma Maraşlı ilə “Həyat yoldaşlığı sənəti” mövzusunda konfrans təşkil etmişdir. Konfransda həmçinin “Aydınlığa doğru” İctimai Birliyinin “Ailə akademiyası” layihəsinin təqdimatı olacaq. Tədbir 5 mart saat 19:00-da Park İnn otelində keçiriləcək. Bu layihədə ailədaxili münasibətlərin tənzimlənməsi, problemlərin müzakirə edilərək çözülməzi, böyüməkdə olan nəslin milli və dini dəyərlərimizə bağlılıq ruhunda tərbiyə olunması, ən əsası isə – cəmiyyətimizdə boşanma hallarının azalması məqsədilə ailələrlə bu istiqamətdə işin aparılmasını nəzərdə tutulur. Evlilik ərəfəsində olan gənclərlə ailə dəyərlərimizə hörmətin, yaşlı nəsillə gənclər arasında qarşılıqlı dözümlülüyün aşılanması, eləcə də “saglam ailə – saglam gələcək” və “möhkəm ailə – möhkəm dövlət” prinsipləri əsasında davamlı fəaliyyət planlaşdırılır.

Tədbir  5 mart 19:00-da Park İnn otelində keçiriləcək. Sizi bu tədbirə dəvət edir və mənsubu olduğunuz media orqanlarında onu işqlandırmağı xahiş edirik.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here