BAXIŞ BUCAĞI

HƏYATIMIZ NAĞILDIR, YA SƏHNƏ?

1.0K

“Nağıllar” insanların ən sevdiyi gerçəklərdir. Əslində, nağıl özü bir yalandır. Amma ən qəribəsi budur ki, insanlar ən çox yalanlara inanır axı! Daha doğrusu “gerçək” sandıqları yalanlara. Əslində, insanlar yalanları daha çox sevər, çünki onlar üçün gerçək, doğru sandıqları yalanlardır. Öz nağılları, öz düşüncələridir. Hətta nağıllar da “biri var , biri yox”-la başlayır. Bəlkə də gerçəklə nağılın tək ortaq yanı budur. Həyatda olduğu kimi, nağıllarda da “baş” qəhrəmanlar var. Əslində, hər kəs öz nağılının baş qəhrəmanıdır. Biz əksərən baş rol qəhrəmanının ən təmiz, saf qəlbli olduğunu düşünürük. Amma həqiqətdə isə bu tam fərqlidir. Əslində, baş qəhrəman olmaq üçün, onlar epizodik qəhrəmanları  əzməli olurlar. Hər birimiz rolumuzda ya baş, ya da epizodik qəhrəman oluruq. Amma rolumuzu biz seçmirik. Rolumuzun epizodik olmasına baxmayaraq, əgər bu rolu məharətlə ifa etsək, gələcək ssenaridə baş qəhrəman ola bilərik.

Kamera arxası, ya da səhnə arxası:
Elə insanların əsl rolu burada başlayır. Məhz elə bu rolda baş qəhrəman kimi tanıdığımız “aktyor” un epizodik qəhrəmanlardan fərqlənmədiyini görürük.
Dekorasiya və işıqlar:
Bunu isə sadə yol ilə deyə bilərik. Sən səhnəni necə görmək istəyirsənsə, elə də görəcəksən. Hətta ən qaranlıq yer belə, sənə işıqlı görünəcək.
Geyim:
Əgər geyimin yaxşıdırsa, deməli sən ən zadəgan birini oynayırsan. Bəzi qəhrəmanlar olur, onun geyimi digərinə nisbətən daha sadə. O isə hər zaman işlətdiyi sözlər ilə yaddaşlarda qalır və səhnənin işıqlarına aldanmış tamaşaçıları sözləri ilə oyadır. Bəlkə də əsl qəhrəman odur.

Əslində, əsas məsələ səhnəyə hansı rol ilə gəlməyin deyil, hansı rol ilə iz qoyub getməyindir.
Və biz insanlar rolumuzun hansı olmağına baxmayaraq, öz rolumuzu məharətlə ifa edirik. Ən maraqlısı da odur ki, hekayənin sonluğunu bilmədən.

İnsanın ən yaxın rəfiqəsi, anası və bacısıdır”. Bunu bu gün universitet müəllimi öz tələbələrinə məsləhət verərkən dedi. Çox acınacaqlı haldır. Öz avtoritetindən istifadə edib tələbələrə bu cür motonon fikir söyləyən müəllim və müəllimin avtoritetine inanan və bu cür pessimist fikirləri göydə həzm edən gənc tələbə.

Son aylarda Azərbaycanda yüzlərlə gənc intihar edib. Elə bu cür avtoritetlərin söylədiyi fikirlərə görə. İnsanın uğursuzluğunu paylaşmağa kimsəsi olmayanda intiharın ağıla gələn ilk fikir olması istisna deyil.

“Nəsə bir sirriniz varsa, vərəqə yazın ya da ananıza danışın. Bir yaxın dostumun mənə xəyanət etməsindən sonra buna daha da əmin oldum.” İnanmayın. Birinin həyatda dostu yoxdusa, öz uğursuzluqlarında dostunu günahlandırırsa, bu sizin də başınıza gələcək anlamına gəlməz. Ümumiyyətlə bizim insan öz həyatını dramatikləşdirməyi sevir. Bu yəqin ki, əvvəl hind kinolarının, indi də türk seriallarının təsirindədir. Bu filmlərdə də həmişə baş aktyor dostu tərəfindən xəyanətə məruz qalır və sonda Everestə təkbaşına qalxır. Amma reallıq bunu göstərmir. Reallığın sonu olmur. Belə romantizmin də real həyatda yeri yoxdur. “Никогда не говори НИКОГДА” (Heç vaxt, HEÇ VAXT demə) bu söz də əbəs yerə deyilməyib. Bu söz real həyatın təzahürüdür və məncə, əsl dost yoxdu cümləsini yalnız uğursuzlar deyər. Dramatikləşdirmə də uğursuzların işidir.

Bu gənclər, bu sözlərlə, bu aforizmlərlə çox uzağa gedə bilməyəcək. “Dost dar gündə tanınar”la uzağa gedə bilməyəcəklər. Bu uşaqlara həvəs, motivasiya yükləmək əvəzinə sındırmaq, demotivasiya eləmək nəyə gərək anlamıram. Elə bu zamanda, bu gənclərin nə pula, nə də ağıla ehtiyacları var. Yeganə ehtiyac motivasiyadır. Gəncin motivasiyası bir gün onun bütün ehtiyaclarını qarşılayacaq qədər böyük bir gücdür.

Biz bir yol gedirik (biz deyərkən gəncləri nəzərdə tuturam). Hər birimiz fərqli düşüncəyə sahib, müxtəlif həyat tərzini yaşayan və həyata müxtəlif baxan fərdlərik. İstəyirsən çəkməçi ol, istəyirsən nazir. Bütün bunlara gedilən yolu yalnız getmək mümkün deyil. Bu yolda səninlə birgə olanlar olacaq, yoldan sapanlar və sənin xəyanətkar sandığın adamlar da. Yolda dayanıb sapanların qəbrini qazmağa vaxt yoxdur. Bu yola çıxmağı qərara almısansa, gedib sonuna çatmalısan. Hər məğlubiyyətdə oturub ağlayacayıqsa, ən yaxşısı evimizə qayıdaq.

Ölenler
dövüşerek öldüler;
güneşe gömüldüler.
Vaktimiz yok onların matemini tutmaya!

Nazım Hikmet

Hər dəfə oynamalı və hər dəfə daha yaxşı məğlub olmağı öyrənməliyik. Hər dəfə daha yaxşı uduzmalıyıq. Kiçik məğlubiyyətlər bir gün böyük qələbəyə çevriləcək.

Dostlarımızla birlikdə qələbəyə doğru.

 

 

Günay Məhərrəmova

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı