DÜNYA 2020.05.23 10:33

Havalandırma sistemləri virusu yaya bilər – Təhlükə

21

Hava ventilyasiyasını təmin edən bütün vasitələr koronavirus yaya bilər.

Dialoq.info medicina.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsindən bildirilib.

Komitənin üzvü, professor Levent Yamanel deyib ki, ticarət mərkəzlərinin girişlərində quraşdırılan kondisionerlər də virus yaya bilər.

İstanbul Vilayət Gigiyena Şurası ticarət mərkəzlərinin giriş qapılarında havalandırma pərlərinin işləməsini qadağan edib. Lakin onların fəaliyyətinin dayandırılmadığı yerlərdə təhlükə davam edir.

Metrostansiyalarda və qatarlarda da ümumi havalandırma sisteminin olduğunu və yay aylarında havanı sərinləndirmək üçün var gücü ilə işləməsi koronavirusun yeraltı obyektdə daha çox yayılması kimi təhlükə yaradır.

Ona görə də metrodansa yerüstü nəqliyyatdan istifadə etsəz daha yaxşıdır.

Professor virusun milçək və ya digər həşəratlar vasitəsilə yoluxa biləcəyi barədə hər hansı məlumatın olmadığını bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı