CƏMİYYƏT 2020.10.15 15:41

Hər hansı sülh yolundan söhbət getsə diqtə edən yalnız Azərbaycan tərəfi olacaq

47

Status kvo yoxdur, təmas xətti yoxdur. Bu doğrudan da belədir. Uzun illərdir ki, hər birimizin eşitməkdən yorulduğu bu ifadələr – Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti, dəyişilməyən status-kvo artıq yoxdur. Bunu Azərbaycan Prezidenti son 15 gündə göstərdiyi prinsipiallıq sayəsində dəyişdi və bu dəyişikliyi istər xalqa müraicətində, istərsə də tanınmış telekanallara müsahibəsində vurğuladı.

Bu fikirləri tədqiqatçı-jurnalist, Azərbaycan Vətəndaş Hərəkatının (AVH) İdarə Heyətinin üzvü Anar Turan Prezident İlham Əliyevin Türkiyənin “Haber Global” telekanalına verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

Jurnalist qeyd edib ki, türkiyəli jurnalistin “Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq” sualına Azərbaycan Prezidentinin cavabı tam aydın idi. Dövlət başçısı bildirdi ki, Ermənistan Azərbaycan təmas xəttində status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur.

“Bu o deməkdir ki, torpaqlarımız tam azad edilənə qədər istənilən atəşkəs müddəti humanitar məqsədlidir və gələcəkdə hər hansı sülh yolundan söhbət getsə belə diqtə edən yalnız Azərbaycan tərəfi olacaq”. –deyə A. Turan əlavə edi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı