DÜNYA 2020.09.25 01:00

Herbert Makmaster: Tramp dərk etməlidir ki, Putin qətiyyən onun dostu deyil

74

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Herbert Makmaster ölkənin ali baş komandanından Rusiya dövlət başçısının onun “dostu olmadığı” etirafını gözlədiyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş müşavir bununla bağlı CNN telekanalına müsahibə verib.

“Mən istərdim ki, Tramp bir anlığa Putindən ona dost olmayacağını sadəcə dərk etsin. Əks halda bu sadəcə özünü aldatmadır. Çünki Vladimir Putin dünyada ən yaxşı yalançıdır”,-deyə o söyləyib.

Herbert Makmaster Donald Tramp və Respublkaçılar partiyasının digər liderlərinin Konqresdə 2020-ci ilin noyabr ayında keçiriləcək seçkilərin nəticələrini pozmaq cəhdlərinin ən çox Kremlin sahibinin işinə yarayacağını qeyd edib.

“Onlar bununla bağlı ciddi məsuliyyət duyğusuna sahib olmalıdırlar. Seçkilərlə bağlı mənfi fikirləri yaradan Putin deyil. Lakin o, bu cür şübhələrin güclənməsi üçün əlindən gələni edəcək”,-deyə Herbert Makmaster vurğulayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı