CƏMİYYƏT 2020.11.09 20:10

Hərəkat Ali Baş Komandanı təbrik etdi

64

Xalqımızın Şuşa həsrətinə son qoyulması, 28 ildən çoxdur işğalda olan Azərbaycanın mədəniyyət mərkəzlərindən birinin azad olunması tarixi andır. Nəhayət ki, Şuşamız düşmən əsarətindən azad edilərək xalqımıza qaytarıldı. Bunu gerçəkləşdirən isə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu oldu!

Azərbaycan Vətəndaş Hərəkatı bu möhtəşəm qələbə münasbətilə Xalqımızı təbrik edir, Ali Baş Komandana və Ordumuza sonsuz minnətdarlığını bildirir!

Şəhidlərimizin qanı yerdə qalmadı!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı