CƏMİYYƏT 2020.10.24 11:30

Hərəkatdan bəyanat: Ali Baş Komandanın və Ordumuzun yanındayıq

251

                                             Azərbaycan Vətəndaş Hərəkatının
                                                                     Bəyanatı

Bakı şəhəri                                                                                                                                 24 oktyabr 2020-ci il

2020-ci il sentyabrın 27-də səhər tezdən Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini müxtəlif çaplı silahlardan atəşə tutan, otuz ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanı durdurmaq üçün Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarına başlamışdır. Bu gün özünümüdafiə hüququndan yararlanan Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin olunması və təcavükarın sülhə məcbur edilməsi istiqamətində möhtəşəm qələbələr qazanır. Onlarla yaşayış məntəqəmizin və strateji yüksəkliklərin azad edilməsi, Azərbaycanın Dövlət Bayrağının həmin ərazilərdə qürurula dalğalanması Azərbaycan Ordusunun və Xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyinin nəticəsidir.

Azərbaycan Əsgərinin “iti qovan kimi qovduğu” erməni işğalçıları Gəncə, Mingəçevir, Tərtər, Goranboy, Ağdam, Bərdə, Qəbələ, Kürdəmir, Ağcabədi, Xızı, Abşeron və digər yaşayış məntəqələrimizi ağır artilleriyadan, raketlərdən xaincəsinə atəşə tutaraq, dinc insanlar arasında tələfat yaratmaqla terrorçu mahiyyətini bir daha ortaya qoyurlar. Eyni zamanda onların işğal olunmuş ərazilərdə törətdiyi dağıntılar, azərbaycanlılara məxsus yaşayış məntəqələrini xarabaya çevirmələri göstərir ki, düşmən nəinki buranı özününkü hesab etməmiş və burada məskunlaşmamış, həm də əsrlər boyu bu ərazidə yaşamış xalqmızın maddi mədəniyyət izlərini məhv etməyə çalışmışdır.

Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Düşmənin cavabı döyüş meydanında layiqli şəkildə verilir, onun hərbi texnikası, canlı qüvvəsi məhv edilir, torpaqlarımız azad edilir.

Azərbaycan Vətəndaş Hərəkatı olaraq fəaliyyət göstərdiyimiz müddətdə hər zaman Prezident İlham Əliyevə, Azərbaycan Dövlətinə dəstək olmuş, Xalqımızın birliyi üçün çalışmalar həyata keçirmişik. Bu gün də Hərəkat olaraq biz Ali Baş Komandanın və şanlı Ordumuzun yanında olduğumuzu bildirir, xalqımızın azadlıq mücadiləsində yaxından iştirak edirik. Biz Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşmiş xalqımızın və Rəşadətli Ordumuzun Vətən torpaqlarını son qarışınadək işğalçılardan azad edəcəyinə inanırıq.

Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı