ƏSAS SƏHİFƏ

“Herodot kuboku” intellektual yarışı – ADNA seçim turu

853

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun(AzGF) maliyyə dəstəyi ilə həyata keçirilən “Herodot kuboku” intellektual yarışını 14 təhsil müəssisəsində reallaşdırılacağı nəzərdə tutulur. Daxili seçim turu və finaldan ibarət yarışların ilk daxili turu 11 aprel, ikinci daxili tur 18 aprel, final mərhələsi isə 24 aprel tarixində keçiriləcək. ADNA-da 11 aprel tarixində olacaq. Daxili turda hər təhsil müəssisəsindən ən yüksək nəticə toplayan 2 komanda finalda iştirak hüququ əldə edəcək. Hər komandada 6 tələbə (magistr) olmaqla daxili turlar sinxron olaraq keçiriləcək. Suallar əsasən dünya, qədim, müasir və Azərbaycan tarixlərindən olacaq. İştirak edən hər bir iştirakçı tələbə biletinin kopyasını təqdim etməlidir. Finalda qalib gələn üç komanda medal, kubok və qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarışın təşkilatı dəstəyi Azərbaycan İntellektual Oyunlar Klubudur(ADNA-da Maqnat İntellektual Oyunlar Klubu və ADNA Tələbə Gənclər Təşkilatı).

Qeydiyyatdan keçmək üçün ərizə formanı doldurub göndərin:http://goo.gl/forms/UUA4yjc8VZ
Qeydiyyat üçün son tarix: 9 aprel 2015-ci il, saat 23:59.
Məkan: ADNA, 3cü korpus, 626-cı otaq.

Qeyd edək ki, yarışların keçirilməsində məqsəd intellektual oyunların təbliğ olunması, gənclər arasında belə yarışların populyarlaşdırılması, tarix biliklərinin inkişaf etdirilməsi və gəncləri belə oyunlarla müntəzəm məşğul olmağa cəlb etməkdir. Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, intellektual yarışlar hərəkatının kütləviləşməsinin təmin edilməsi, “Herodot kuboku” yarışı üzrə savadlı, geniş dünyagörüşlü gənclərin, intellekt sahiblərinin müəyyən edilməsi yarışın məqsədlərinə daxildir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı