Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində ermənilərin uğursuz feykini üzə çıxarıb.

H.Hacıyev hesabında iki foto paylaşaraq bunları yazıb: “Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi keçir və yerə girir.

Şəkil 2: Uğursuz erməni feyki. Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar”.