CƏMİYYƏT 2020.10.10 16:55

Hikmət Hacıyev: Moskvada qəbul olunmuş atəşkəs sülh deyil, humanitar xarakter daşıyır

26

Bu gün status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz. Bunu Azərbaycan Prezidentinin xarici işlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu hərbi əməliyyatlar Ermənistan iqtisadiyyatına da böyük zərbə vurub: “Bu günə qədər Ermənistan diqtə ilə danışırdı, şərtlər irəli qoyurdu. Bu gün isə status-kvo dəyişdirilib, heç kim Azərbaycana şərt qoya bilməz. Moskvada qəbul olunmuş atəşkəs sülh deyil, humanitar xarakter daşıyır. Bu gün ermənilər humanitar atəşkəs yalvarışları ilə gəldi. Hərbi və diplomatik sahədə səylərimiz davam edəcək. Bundan sonrakı fəaliyyətlər spesifik detallar əsasında aparılmalıdır, Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı konkret addımlar atmalıdır”.

H.Hacıyev əlavə edib ki, Azərbaycanın heç bir dövlətə ərazi iddiası yoxdur, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı