BAXIŞ BUCAĞI 2019.12.10 18:00

Hikmət Babaoğlunun irəli sürdüyü fikir Fransa mətbuatında

535

Fransanın yayımlanan La Depeche qəzetində türk tarixini araşdıran, bu tarixə bələd olan şəxslərin diqqətini cəlb edən bir məqalə çap olunub. Məqalədə bildirilir ki, hər ilin sonunda İsa peyğəmbərin doğumunu qeyd edən xristian aləminin bu zaman şam ağacını bəzəməsi Orta Asiyada çoxdan mövcud olan bir türk adətidir. Bu adətin Orta Asiydakı türk qəbilələri tərəfindən yürüdüldüyü qəzetdə vurğulanıb. Məqalə ilə daha geniş şəkildə aşağıdakı linkdən tanış ola bilərsiniz:

Maraqlı məqam budur ki, bu məsələ ilə bağlı millət vəkili, tədqiqatçı alim Hikmət Babaoğlu bir neçə il bundan qabaq məqalə ilə çıxış edib həmin faktları çatdırmışdı. İndi Fransa mətbuatının bu məsələni vurğulaması, həqiqətlərin məhz Qərb mediasında da ortaya çıxması çox müsbətdir. Mövzunun yenidən gündəmə gəlməsini və aktuallığını nəzərə alaraq Hikmət müəllimin məqaləsini yenidən təqdim edirik:

Bildiyimiz kimi, yanvar ayının 1-də yeni ilə keçid kimi qeyd etdiyimiz miladi təqvim İsa peyğəmbərin doğuluşunu simvolizə edir və bu doğuluş şərti olaraq insanlığın, bəşəriyyətin yeni tarixini müəyyənləşdirir. Bu, xristian dini inancından irəli gələn sistemli dini-ideoloji baxışdır. Amma tarixi mənbələrdə hələ İsanın doğuluşuna qədər, yəni milada qədər olan dövrdə biz bu doğuluşu simvolizə edən və doğuluş günü şam ağacının müqəddəs ağac kimi istifadə olunmasını göstərən, eyni zamanda, şaxta baba obrazı ilə identifikasiya oluna biləcək bir obrazın mövcudluğunu qədim türk xalqlarının tarixində və əsasən uyğur xalqının tarixində görürük. Bu tarixin kifayət qədər qədim olduğunu nəzərə alsaq, o zaman milad mədəniyyətini, şam ağacını və şaxta baba obrazını qədim hun-uyğur ənənələri ilə izah edə bilərik. Fransız tarixçisi Jan Pol Ru yazır ki, türklərdə müxtəlif müqəddəs heyvanlar və bitkilər var idi. Müqəddəs bitkilərin arasında o, şam ağacını da göstərir və qeyd edir ki, qədim türk mifologiyasına görə Qaraqorum dağlarından aşağıya – ovalığa doğru iki çay axırdı. Onlardan biri Tola çayı, digəri isə Selenqa çayı idi. Bu iki çayın arasında Kamançı, yəni Şamançı adlanan bir yer vardı. Burada iki ağac bitmişdi. Bu ağaclardan biri “küsük” adlandırılan şam ağacı idi, digəri isə toz ağacı, yəni qayın ağacı idi.

Hun-uyğur mifoloji təsəvvürünə görə, günlərin bir günü bu ağaclar arasında olan təpəciyə göydən bir nur düşdü və bir müddət otuz insanın əhatə edəcəyi yer qədər olan əraziyə hər gecə, hər gün bu nur düşməkdə davam etdi. Uyğur xalqı bunu müşahidə edirdi. Bir gün isə eynilə insanın doğuluşu kimi, bu təpədən 5 qapı açıldı. Bu beş qapının içərisində 5 uşaq var idi. Külək dəyən kimi bu uşaqlar böyüdülər, çox keçmədən danışmağa başladılar. Uyğurların əcdadları bu uşaqların dünyaya gəlməsini bir doğuluş günü kimi qeyd etdilər və onları müqəddəs hesab edərək özlərinə başçı seçdilər. Uşaqlar danışan kimi valideynlərinin kim olduğunu soruşdular. Onlar valideynləri kimi şam ağacı və toz ağacını göstərdilər. Bu uşaqlar valideynlərinə itaət edərkən bu ağaclar da onlara xeyir-dua verdilər və əbədi həyat arzuladılar. Uyğur xalqının öndə gedənləri, ağsaqqallar həmin uşaqlara Sonqur təkin, Kotur təkin, Tükel təkin, Or təkin və Buku təkin adlarını qoydular. Bunların içərisində ən zirək, cəsur və iti zəkalı olduğu üçün Buku təkini özlərinə başçı seçdilər.

Göründüyü kimi, xristian miladından, yəni İsamiladından öncə Buku təkin miladı var və o, şam və toz ağaclarından doğulub.Onun doğulduğu yerə Kamançı, yaxud Şamançı deyilir. Bildiyimiz kimi, qədimşaman fəlsəfəsində və tanrıçılıq inancında şamanlar şam ağacını əbədi həyatınsimvolu kimi qəbul edirdilər. Çünki şam ağacı qışda və yazda da yaşıl qalır,ölmür. Şamanlar xüsusi meditasiya vasitəsilə Tanrı ilə əlaqəyə girmə prosesindəhəm yüksək dağ zirvələrindən, həm də şam ağacından isfadə edirdilər. Nəzərəalaq ki, şam ağacı oxvari şəkildə göyə yüksəlir və onlar bu oxvari formadanmeditasiya prosesində informasiya ötürücüsü və qəbul edicisi kimi istifadəedirdilər. Yəni şam ağacının xüsusi oxvari formasından Tanrıya, göyəinformasiya ötürmək üçün istifadə edirdilər. Digər tərəfdən, İsanın doğulduğuYerusəlimin isti iqlimini və oradakı bitki örtüyünü nəzərə alsaq, onun şamağacının altında dünyaya gəlməsi fikrinin və bugünkü yolkanın da bununla əlaqləndirilməsininyanlış olduğunu görərik. Üstəlik Şaxta Babanın geyimi Şimal geyimidir. Başındaşişpapaq qıpçaqların şiş papağı əynində isə xüsusi qolpaqlı kürk var. Bu tipikşaman geyimidir.

Bunları nəzərə alsaq və tarixi hadisələrimüqayisə etsək görərik ki, bu dövrü araşdıran tarixçilər əfsanəvi Buku, yaxudBuğu xaqanı, Alp Ər Tunqa, yəni Əfrasiyabla eyniləşdirirlər. Əfrasiyabın tarixişəxsiyyət olduğunu və eradan əvvəl VIII-VII-ci əsrlərdə yaşadığını da bilirik.Herodot yazır ki, e.ə. VIII əsrdə bütün türklər saqların hökmdarı Alp ƏrTunqanın rəhbərliyi altında bir yerdə yaşayırdılar.

Belə olan halda, artıq mifoloji təsəvvürtarixiləşir və əfsanə olmaqdan çıxır. Deməli, küknar, şaman və milad üçlüyü, yəni,şaxta baba, şam ağacı və milad triadası İsa miladından ən azı 800 il əvvələgedir. Ona görə də hesab edirik ki, yeni ili, yəni bu doğuluşu müşayiət edənşam ağacı və şaxta baba əslində şaman və şam ağacıdır ki, burada şam əbədiyaşarlıqsimvoludur. Hətta son dövrlərə qədər Azərbaycanın bəzi kəndlərində, məsələn,bizim yaşadığımız qərb bölgəsindəki bəzi kəndlərdə dünyasını dəyişən insanın nəşininqolunun altına kiçik şam ağacı qoyardılar. Görünür, burada mistik bir inanc varidi ki, şam ağacı insanın ölümündən sonrakı həyatını təmin edəcək. BuŞamançılıq fəlsəfəsinin, yaxud Tanrıçılıq dininin günümüzə qədər yaşamasınınbir sübutudur.

Bəs necə olub ki, qədim türk mifologiyasındanyaranan bu milad-doğuş triadası, yəni şaman, şam ağacı və milad fəlsəfəsixristianlığa keçib? Bildiyimiz kimi, qədim hunlar tanrıçılığa sitayiş edirdilərvə şamanizmin bütün ənənələrinə riayət edirdilər. Necə ki, onlar Şərqi SibirdənAvropaya qədər gəldikləri bütün ərazilərdə monastırlar tikirdilər və bumonastrları Manas dağındakı şamanın ibadət etdiyi zirvəyə bənzədirdilər. Yeri gəlmişkən,“manasdar” sözü də buradan irəli gəlir. Yəni Manasdakı baş şamanınibadət yerinə bənzər ibadət yerləri tikirdilər, çünki Manas dağına qayıtmaquzun vaxt apardığı üçün şamanlar tanrıya ibadətlərini simvolik olaraq Manasdağını və oradakı zirvəni xatırladan süni yaradılmış dağda həyata keçirirdilər.Manasçı, Manasa gedib-gələn, yəni Manasdar termini də buradan əmələ gəlmişdir.Bura da “dar”, “dər” sözdüzəldici şəkilçidir. Məsələn,ev-evdar, mal-maldar və s.

Hunlar, milad ənənələrini də yəni Bukuxaqanın doğuluşu, şam və şaman üçlüyü fəlsəfəsini də özlərilə Avropaya gətirdilər.451-ci ildə Milanı zəbt edən Atilla qısa müddətdən sonra Romanı mühasirəyəalır. Roma məğlub olacağını başa düşən zaman Roma papası Atillanın bütün şərtlərinərazı olacağını bildirir və ondan xahiş edir ki, Romaya girməsin. Bu zamanAtillanın qoyduğu 6 şərtdən biri də ondan ibarət idi ki, siz bizim kimi ibadətedəcəksiniz. Beləliklə, romalılar o vaxta qədər əslində yəhudilərin ibadətləriniimitasiya edən xristian ibadətindən imtina edərək məhz tanrıçılıq ibadətini vəbu proses zamanı onların geyindiyi geyimi və tanrıçılığın simvolu olan, habeləmüqəddəs Georgi xaçı kimi tanıdığımız və o dövrdə Atillanın bayrağı üzərindəolan, odu, suyu, havanı və torpağı simvolizə edən müqəddəs dörd üçbucağı Georgixaçı kimi mənimsəyirlər. Elə dini öyrənmək üçün tikdikləri məntəqələri dəhunların Manas-darına bənzədirlər. Beləliklə, hazırda xristianlıqda tanıdığımızmonastrlar meydana gəlir. Əslində, Georgi xaçı kimi tanıdığımız fiqur, xaçdeyil, tanrıçılığın dörd müqəddəs ünsürünün ən bərk həndəsi fiquru olan dördüçbucaqda birləşməsidir.

Bu prosesdə avropalılar doğuluşu da türkmifoloji tarixinə uyğun olaraq şaman, şam ağacı və milad üçlüyü kimi qəbuledirlər. Sadəcə onlar sonrakı dövrlərdə Hun imperiyasının süqutundan sonramiladı artıq Buku xanın, yənun türklərin əfsanəvi əcdadının doğuluşu kimideyil, İsa peyğəmbərin miladı kimi qeyd etməyə başladılar.

Ona görə də şaxta babanın geyiminə nəzərsalsaq görərik ki, şaman geyimidir, şam ağacı da Qərb müəlliflərinin də qəbuletdiyi kimi türklərin müqəddəs bitkisidir və Buku xaqanın doğuluşu da şam vətoz ağaclarından başlayır. Belə olan halda, biz tamamailə əminliklə deyə bilərikki, şaxta baba da bizimdir, şam ağacı inancı da bizimdir, doğuş isə İsanındeyil, ulu əcdadımız, əfsanəvi liderimiz, tarixi şəxsiyyət Alp Ər Tonqa iləeyniləşdirilən, tarixi şəxsiyyət kimi qəbul edə biləcəyimiz Buku xaqanındoğuluşudur.

Bunun hansı tarixdə qeyd olunması isə əhəmiyyətlideyil. Bu doğuluşu istər, yanvar ayında, istərsə də mart ayında qeyd etmək və şərtiolaraq təqvimi dəyişmək olar. Ona görə də şaxta baba da, şam ağacı da, şaman dabizə doğmadır. Bunlar bizim unudulmuş milli tariximizdir, adət-ənənəmizdir, şərəflikeçmişimizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı