ƏSAS SƏHİFƏ

Hörmətli olmaq üçün bu qaydalarla gedin

492

Yerini bil
Bəzi insanlar sözü yerində və məqamında söyləməyi bacarmır. Yaxud da, yersiz danışıqlara cox vaxt ayırır. Bu hal ətrafdakılar tərəfindən yaxşı qarşılanmır.

Bu problemin həlli üçün sizə böyük islam alimi İbn Abdul Barr rahiməhullahın nəsihətlərini təqdim edir:
Yerini Bil!
Altı sinif insan var ki , onların digərləri tərəfindən alçaldılmasının səbəbi yalnız özləridir . Bu səbəbdəndə onlar gərək yalnız özlərini qınasınlar.
1 Çağırılmadığı bir qonaqlığa gedən kəs.
2 Alçaq və öz yerini bilməyən bir adamdan yaxşılıq uman kəs.
3 İcazəsi olmadan iki söhbət edənin ,söhbətinə qarışan və yersiz müdaxilə edən kəs.
4 Asılı olduğu insanı yüngül sayıb onu xəfifə alan kəs.
5 Tayı olmadığı bir məclisdə oturan kəs.
6 Danışdığı zaman ona nə qulaq asan , nədə onun söhbətinə fikir verməyən biri ilə söhbət edən kəs.
Kiminsə yanında alçalmaq istəmirsənsə o zaman , çağırılmadığın yerə getmə, alçaq könüllü birindən fəzilət axtarma , sənə aid olmayan söhbətə qarışma , əmr sahibi olan başçını xəfifə alma , səviyyən olmayan məclisdə olma , sənə qulaq asıb səni dinləməyənə nəsə danışma , o zaman yerini bilib alçalmaqdan qurtararsan .
Gülnar

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı